IQNA

Şuşa şəhəri 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilib

8:56 - September 27, 2023
Xəbər sayı: 3494799
BAKI (IQNA) – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçildiyini elan edib.

"İQNA", "TRT"-nin ərəb bölümünə istinadən xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) verilən təklif yekdilliklə qəbul edilib.

Məlumat verilib ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Qətərin paytaxtı Dohada keçirilən İSESCO-nun İslam Dünyası Mədəniyyət Paytaxtları Proqramında Şuşanın 2024-cü il üçün namizədliyini irəli sürüb. Bəyanatda Kərimlinin təklifinin müsbət qarşılandığı və Şuşanın yekdilliklə “İslam dünyasının 2024-cü il mədəniyyət paytaxtı” elan edildiyi bildirilib.

4171382

captcha