IQNA

Belçika parlamentində Quran oxunmasına sionistlər reaksiya verib

7:27 - February 20, 2024
Xəbər sayı: 3495498
İQNA - Belçika parlamentində məscid imamının Qurani-Kərim tilavətini əks etdirən klipin yayımlanması Belçika daxilində və xaricində, xüsusən də sionistlər arasında sərt reaksiyalara səbəb olub.

"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, videoklipdə məscid imamı Məhəmməd Ənsarın “Əhzab” surəsindən ayələri oxuduğu görünür.

Fransanın “Fiqaro” qəzetində dərc olunan xəbərə görə, məscid imamı Məhəmməd Ənsar Bot sosial şəbəkələrdə “Əhzab” surəsinin 46-cı və 47-ci ayələrindən bir klip paylaşıb. Həmçinin eyni surənin 41-43-cü ayələrinin qiraətindən bir klip də paylaşıb.

Bu iki klipdə dərc olunan ayələrin əksinə olaraq tənqidçilər məscid imamının “Əhzab” surəsinin 26-cı ayəsini oxuduğunu iddia ediblər. Bu, sosial media fəallarının İsrail rəsmilərini və onların Avropadakı müttəfiqlərini yalan danışmaqda ittiham etməsinə səbəb olub.

İsrailin Belçika və Lüksemburqdakı səfiri Edit Rosenzweig Abu bu hadisədən təəccübləndiyini bildirib və məscid imamının oxuduğu ayənin müsəlmanlar və yəhudilər arasındakı müharibədən bəhs etdiyini iddia edib.

Səfir bu ayənin yəhudilərin öldürülməsinə və əsarət altına alınmasına çağırış etdiyini bildirərək, bu aksiyanın 18 min yəhudiyə ev sahibliyi edən Brüsseldə antisemitizm və qorxunun artdığı bir vaxtda baş verdiyini bildirib.

Sosial şəbəkə istifadəçiləri İsrail səfirinin iddiasının yalan olduğunu vurğulayıblar. Məhəmməd Ənsar “Əhzab” surəsinin 41-43 və 46 və 47-ci ayələrini oxuyub.

4200591

captcha