IQNA

“Müasir Afrikada Quranın mövqeyi” adlı toplantı keçirilib

4:30 - March 26, 2024
Xəbər sayı: 3495688
İQNA - 31-ci Tehran Beynəlxalq Qurani-Kərim Sərgisində "Qurani-Kərimin Müasir Afrikada Mövqeyi" adlı toplantı keçirilib.

"İQNA", xəbər verir ki, sərgiyə Tunis və Əlcəzairdən Quran şəxsiyyətləri qatılıb. İclasın katibi Seyyid Həsən İsməti çıxışında İslamın gəlişindən sonrakı ilk illərdə Həbəşistan (indiki Efiopiya) kralının sarayında Quran oxuyanların olmasını xatırladıb və Afrikanı Quran diplomatiyasının ilk çıxış nöqtəsi kimi qiymətləndirib.

Tunisli Quran xəttatı Ömər b. Əli əl-Camani İslamın Tunisdə mövcud olma tarixinə toxunaraq, Tunisdə Quran sənətlərinin köklərinin bu ölkə və Əndəlüs tarixinə söykəndiyini bildirib.

O, həmçinin bildirib ki, Zeytuniyyə Universiteti ölkədə Quran fəaliyyətinin mehvərini təşkil edir.

Müshəflərin Tunisdəki mövqeyinə toxunaraq, bu ölkədə Ticani Muhammədi müshəfi və Əl Məratiye müshəfi də daxil olmaqla bir çox müshəfin xəttatlıqla yazıldığını bildirib. O, yaxın vaxtlarda özünün də yazdığı Quranın nəşr olunacağını bildirib.

Əlcəzair Universitetinin müəllimi və Quran fəalı Armuli Bilal İslamın bu ölkəyə gəlişini və xalqın ənənəvi Quran məktəblərində ortaya çıxan Quran sevgisini vurğuladı.

O, həmçinin bəyan edib ki, bu gün on minlərlə ənənəvi Quran məktəbi fəaliyyət göstərir.

4206772

captcha