IQNA

Liviyalı xəttat yazdığı Qurani-Kərimin nüsxəsini təqdim edib

6:09 - April 11, 2024
Xəbər sayı: 3495772
İQNA - Liviyalı xəttat Qurani-Kərimin yazılması ilə bağlı 4 il əvvəl başladığı işin başa çatdığını açıqlayıb.

"İQNA", "Əl-Əhram" saytına istinadən xəbər verir ki, xəttat Əl Şarif Əqrirə Əhmid uşaqlığından ərəb xəttatlığına olan marağı səbəbindən bu sənəti öyrənib və tədricən bu sahədə mütəxəssis olub.

Mətbuata verdiyi müsahibədə Əhmid uşaqlıqdan Quran yazmağı xəyal etdiyini və bu istəyinin onu Quran yazmağa təşviq edən bir çağırışa bənzədiyini bildirib.

Liviyalı xəttat 6 aylıq fikir və hazırlıq prosesindən sonra şeyxlərlə məsləhətləşdiyini və onların məsləhəti ilə Quran yazmağa başladığını, daha sonra Mədinədəki Quran Çap Mərkəzinə baş çəkdiyini, bütün fikirlərini bir yerə toplayıb Müshəf yazmağa başladığını bildirib.

Müshəfi dörd hissədə gözəl tamamlayan xəttat əsərini çapa göndərdi.

Liviyalı xəttat bu Müshəfi yazmaqda ona dəstək olanlara təşəkkürünü bildirib. O, deyib ki, hər bir yaxşı ideya və layihənin həyata keçirilməsi üçün sponsor lazımdır.

Əhmid işinin çətinliyindən, o cümlədən Liviyada vəziyyətin qeyri-sabitliyindən və elektrik enerjisinin tez-tez kəsilməsindən danışıb.

Eyni zamanda, o, bu müshəfə “Liviya Müshəfi” adını verdi və Tripolidə təqdimatını etdi.

  4209623

captcha