İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Almaniyanın Hamburq şəhərində yerləşəm İslam Mərkəzinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzində keçirilən 6-cı Avropa Qurani-Kərim Yarışlarında Almaniyanın əfqanıstanlı vətəndaşı Məhəmməd Məhəmmədi birinci yeri qazandı.
Əslən Əfqanıstandan olan və yarışlara Almaniya tərəfindən qatılan Məhəmməd Məhəmmədi Hamburq şəhərinin İslam Mərkəzində keçirilən 6-cı Avropa Qurani-Kərim Yarışlarında iştirak edərək Qurani-Kərimin peşəkar qiraəti üzrə birinci yeri əldə edib.
Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzində keçirilən 6-cı Avropa Qurani-Kərim Yarışları cari ilin Mart ayının 2, 3 və 4-də on Avropa ölkəsinin iştirakı ilə keçirildi.
Bu yarışların birincisinin Quran qiraətini təqdim edirik: