İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ərəb Birliyi (ƏB) Qahirə iclasında müqəddəs QÜDS-i-şərif şəhərini İslami irsin daimi paytaxtı elan etdi.
Xəlil Qaraca Rifai (Beytul-Müqəddəsin İslami araşdırmalar və dini irsin yenilənməsi müəssisəsinin rəisi = MİSAQ) Ərəb Birliyinin Misirin paytaxtı Qahirədə yerləşən qərargahında keçirilən iclasında dedi: Bu birliyin üzvləri Qüds şəhərini daimi olaraq İslami irsin paytaxtı eldan etdi və qərara alındı ki, gələn “Ərəbin mədəni irsi” günü keçirilən toplantıda Qüds şəhərinin İslami və mədəni irsinin tanıdılması istiqamətində çıxışlar edilsin.
Beytul-Müqəddəsin İslami araşdırmalar və dini irsin yenilənməsi müəssisəsinin rəisi əlavə etdi: Fələstin xalqının müqaviməti qarşısında sionist rejimi olan İsrailin bütün planları şikəstə və məğlubiyyətə məhkumdur.
Cari həftənin biricni günü, 12 Mart 2018, Ərəb Birliyinin Misirin paytaxtı Qahirədə yerləşən qərargahında keçirilən bu iclasda Misirin Vəfqlər naziri Məhəmməd Muxtar Cümə, Fələstinin Qahirədəki nümayəndələri Züha Cərad və Səlsəbil Büsəysu, Ərəb Birliyinin (ƏB) baş katibinin ictimai işlər üzrə müşaviri Bədruddin Əlali, Xalid Əyan (Beytul-Müqəddəsin İslami araşdırmalar və dini irsin yenilənməsi müəssisəsinin kitabxanasının rəisi = MİSAQ) və Ərəb ölkələrinin nümayəndələri iştirak ediblər.
Toplantının haşiyəsində keçirilən sərgidə Fələstin xalqının nümayəndələri Əqsa məscidinin məşhur giriş qapısı Babul-Məğaribənin dağıldılması, Fələsitinin İslami irsinin və bəşəri mədəniyyət yadigarlarının yandırılması və oğurlanması barədə sənədli videoları və Qüdsün İslam və Ərəb dünyasına aid olan incəsənət əsərləini nümayiş etdirdilər.