İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin "ən-Nicat" xeyriyyə müəssisəsinin xeyriyyə layihələri çərçivəsində Şri-Lankada iki məscid tikilərək müsəlmanların istifadəsinə verilib.
Küveytin "ən-Nicat" xeyriyyə müəssisəsin tikərək müsəlmanların istifadəsinə verdiyi bu iki məsciddə 300 nəfər namazqılan bir dəfəyə namaz qıla biləcəkdir.
Həmin məscidlər xeyriyyə tərəfindən lazım olan bütün avadanlıqlarla təchiz ediliblər. Məscidə xalça, səsucaldıcı verilib, həmçinin məsciddə dəstəmazxana və camaat imamı üçün ofis tikilib.
Küveytin "ən-Nicat" xeyriyyə müəssisəsinin xeyriyyə layihələri çərçivəsində Şri-Lankda 50 ehtiyaclı ailəyə maddi yardım verilib və əhali üçün su quyuları qazılıb.