IQNA

İraqda "Səid ibn Cübeyr" adına IV Beynəlxalq Quran-Kərim Festivalı keçiriləcək

20:01 - March 01, 2016
Xəbər sayı: 3480241
Tehran, 01.03.2016 - "Səid ibn Cübeyr" adına IV Beynəlxalq Quran-Kərim Festivalı cari ilin mart ayının 8-də İraqın Vasit əyalətində keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "fənar nyuz" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, "Səid ibn Cübeyr" adına IV Beynəlxalq Quran-Kərim Festivalı cari ilin mart ayının 8-dən başlayaraq üç gün müddətində İraqın Vasit əyalətində keçiriləcəkdir.

İraqın "Səid ibn Cübeyr" adına IV Beynəlxalq Quran-Kərim Festivalında dünyanın müxtəlif ölkələrindən, o cümlədən İraq, İsveç, Danimarka, İran, Livan, Əfqanistan, Tacikistan, Britaniya və s... ölkələrdən tanımış şəxsiyyətlər və Quran təşkilatları iştirak edəcəklər.

İraqın Quran-Kərim Dərnəyləri Birliyinin başçısı Natiq Zərgani bu barədə dedi: İraqın "Səid ibn Cübeyr" adına IV Beynəlxalq Quran-Kərim Festivalında İmam Hüseyn (ə) ziyarətgahının Quran Mərkəzləri, İraq Milli Quran Elmləri Mərkəzi, Vasit Universitetinin Quran Dərnəkləri və İraq Şiələrinin Vəqflər idarəsi iştirak edəcəklər.

Zərgani əlavə etdi: Bu festivalda 50-dən çox müxtəlif proqramlar icra ediləcəkdir. Quranla üns, Quran araşdırmaları və elmi iclaslar və dünyanın müxtəlif ölkələrinin Quran müəssisələrinin görüşləri keçiriləcəkdir.

O dedi: Festivalda media yarışları, sosial şəbəkələrdə ən yaxşı 10 foto yarışması, Quran xətləri sərgisi, Quranla beynəlxalq üns və orta məktəb şagirləri arasında Quranla üns məclsiləri təşkil ediləcəkdir.

Qeyd edək ki, SƏİD ibn CÜBEYR İmam Əli (ə) zamanında Kufədə doğuldu, zamanın alimlərindən idi və İmam Səccadın (ə) xalis şiələrindən olmuşdur. Bu Quran qarisi, hafizi və təfsirçisi olan böyük insan hicrətin 95-ci ilində məlun Həccac ibn Yusif Səqəfinin əli ilə öldürüldü.

http://iqna.ir/fa/news/3479562


captcha