IQNA

Xanım Hənnanə Xələfi İraqın "Səid ibn Cübeyr" Quran festivalında

10:21 - March 09, 2016
Xəbər sayı: 3480267
Tehran, 09.03.2016 – İranın 9 yaşlı parlaq istedadlı Quran hafizəsi xanım Hənnanə Xələfi İraqın "Səid ibn Cübeyr" adına 4-cü Beynəlxalq Quran Festivalına qatılıb.

Xanım Hənnanə Xələfi İraqın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "QAF" Quran Xəbər Agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının doqquz yaşlı parlaq istedadlı Quran hafizəsi xanım Hənnanə Xələfi İraqın "Səid ibn Cübeyr" adına 4-cü Beynəlxalq Quran Festivalının Quranla Üns Mərasimi proqramına qatılıb.

İraqın "Səid ibn Cübeyr" adına 4-cü Beynəlxalq Quran Festivalının keçirilməsinə nəzarət komitəsi bu festivalın rəsmi açılışından öncə İraqın Vasit əyalətinin Kut şəhərində İmam Əli ibn Hüseyn Zeynül-abidinin (ə) dəyərli səhabəsi Səid ibn Cübeyrin məqbərəsində Quranla Üns Mərasimi təşkil etmişdir.

Səid ibn Cübeyrin məqbərəsində Quranla Üns Mərasimi təşkil edilən bu mərasimdə festivala dəvət edilən daxili və xarici qonaqlar iştirak ediblər. Mərasim İraqın tanınmış Quran ustadı və qarisi Məhəmməd Nəzarın qiraəti ilə başlayıb. Sonra İraq ziyarətgahlarının baş idarəsi rəisinin yazılı ismarıcı qiraət olunub. Daha sonra isə "Əz-Zəhra (s)" dini nəğmələr qrupu İlahilər səsləndiriblər.

Bu mərasimdə dünyanın ən az yaşlı "Quran hafizəsi" sayılan İran İslam Respublikasının doqquz yaşlı parlaq istedadlı Quran hafizəsi xanım Hənnanə Xələfi də iştirak edərək özünün Quran Hifzi istedadı ilə iştirakçıların marağına səbəb olmuşdur.

Qeyd edək ki, İraqın "Səid ibn Cübeyr" adına 4-cü Beynəlxalq Quran Festivalı dünən, 08.03.2016-cı il tarixində Vasit əyalətinin Kut şəhərində öz işinə start verdi. Bu festival 3 gün davam edəcəkdir. Festivalda İraq, İran, Livan, Əfqanıstan, Tacikistan, Danimarka, Britaniya və İsveçdən qonaqlar iştirak edirlər.

http://iqna.ir/fa/news/3481768

captcha