IQNA

Keşişin Həzrət Zeynəb (s) barədə yazdığı kitab müzakirə edildi

17:42 - May 01, 2019
Xəbər sayı: 3485068
Pavel Klohisi "İslam tarixinin qəhrəman qadınları" barədə araşdırma layihəsi əsasında şiə və sünni dini ədəbiyyatından istifadə edərək Həzrət Fatimə (s) və Həzrət Zeynəb (s) barədə kitab yazmışdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, katolik keşiş Prof. Kristofer Pavel Klohisin (CHRISTOPHER PAUL CLOHESSY) qələmə aldığı "Ürəyimin parası; Əlinin (ə) qızı Zeynəbdən (s) rəvayətlər" adlı kitab Londonun İslam kollecində "müəlliflə görüş" proqramı çərçivəsində müzakirə və tənqid edilib.

Prof. Kristofer Pavel Klohisi "İslam tarixinin qəhrəman qadınları" barədə araşdırma layihəsi əsasında şiə və sünni dini ədəbiyyatından istifadə edərək Həzrət Fatimə (s) və Həzrət Zeynəb (s) barədə kitab yazmışdır.

London İslam kollecinin "müəlliflə görüş" layihəsində iştirak edən Prof. Kristofer Pavel Klohisi Həzrət Zeynəb (s) barədə yazdığı kitabdann danışaraq deyib: "Bu əsər Həzrət Zeynəb (s) barədə hərtərəfli bir araşdırmadır. Çalışmışam ki, İslam tarixinin müxtəlif mənbələrini araşdıraraq Kərbəla qəhrəmanının həyatının müxtəlif cəhətlərini təsvir edim."

Kitabı hansı hədəflə yazdığını izah edən müəllif vurğulayıb: Mən və digər üç keşiş dostum ki, ixtisasımız İslam və Ərəb tarixi üzrə araşdırmadır, İslamın məşhur qadın simaları barədə İngilis dilində danışanlar üçün kitab yazmaq qərarına gəldik. Çünki mənim araşdırmama görə Həzrət Xədicə və digər İslam xanımları barədə İngilis dilində məlumatlar çox azdır və bu barədə yaxşı bir kitab təlif edilməyib. Buna görə də qərara gəldik ki, hər birimiz bu xanımlardan birinin barədə ətraflı bir kitab yazaq.

بررسی کتاب کشیش مسیحی درباره حضرت زینب(س)

Prof. Kristofer Pavel Klohisi əlavə edib: Bu qərardan sonra mən Həzrət Fatimə (s) və Həzrət Zeynəb (s) barədə kitab yazdım. Çox tez bir zamanda Həzrət Zeynəbin (s) şəxsiyyəti məni özünə cəbz etdi. Hər iki kitabda bu iki qadının həyatında akademik bir təfsir təqdim etməyə çalışmışam. Hər iki qadının ədalətsizlik, zülm və diktatora ilə mübarizəsi müasir qadınlar üçün kamil müqavimət nümunəsidir.

Qeyd edək ki, Prof. Kristofer Pavel Klohisi İtaliya sakinidir. İslami araşdırmlarını Qahirə və Rumda həyata keçirib. Cənubi Afrikanın Cape Town şəhərində keşiş işləyib. Hazırda Rumda katoliklərin İslami Araşdırmalar Müəssisəsində tədris edir.   

http://iqna.ir/fa/news/3807892

captcha