IQNA

Fransız keşişlər uşaqlara qarşı cinsi təcavüzdə ittiham edilirlər

15:14 - October 05, 2021
Xəbər sayı: 3490897
Fransada uşaq istismarı ilə bağlı katolik kilsəsinin qaranlıq həqiqətlərinin başqa bir səhifəsindən müstəqil bir araşdırmanın nəticəsi açıqlanıb.

Fransada uşaq istismarı ilə bağlı katolik kilsəsinin qaranlıq həqiqətlərinin başqa bir səhifəsindən müstəqil bir araşdırmanın nəticəsi açıqlanıb.  

Fransa katolik kilsələrində korrupsiya ilə bağlı bir araşdırma göstərir ki, son 70 ildə 1950-ci illərdən bəri təxminən 216.000 uşaq kilsə rəhbərləri tərəfindən cinsi istismara məruz qalıb.  

Əlbəttə ki, katolik kilsəsinin bu cür qalmaqallara qarışması ilk dəfə deyil və bu kimi hekayələr son 20 ildə dəfələrlə danışılıb.  

Araşdırma 2018-ci ilin sonunda kilsəni daha şəffaf etməklə güvən yaratmağa yönəlmiş müstəqil bir komissiya qiymətləndirməsinin nəticəsidir. / eastnews

Teqlər: cinsi təcavüz ، keşiş ، fransa
captcha