IQNA

Hicab, Quranın göstərişidir

16:14 - November 06, 2021
Xəbər sayı: 3491146
Ali Məqamlı Rəhbərin Ərdəbil əyalətinin universitetlərindəki nümayəndəliyinin məsulu deyib: "Hicab, Quranın göstərişidir. Bizim insanlardan intizarımız odur ki, bu böyük ilahi göstərişi yaysınlar."

İQNA, Ərdəbildən xəbər verir ki, Ali Məqamlı Rəhbərin Ərdəbil əyalətinin universitetlərindəki nümayəndəliyinin məsulu Höccətül-islam vəl-müslimin Abdulla Həsəni, Ərdəbildə jurnalistlərə deyib: "Hicab, Qurani-Kərimin tövsiyələrindən biridir. Məsum İmamlar (ə) da, həmişə bu mühüm məsələyə işarə ediblər."

O, bildirib ki, qadınlar hicab və iffət məsələsinə əməl etməlidirlər. Qurani-Kərim həmçinin hicabın fəlsəfəsinə də işarə etmişdir. Belə ki, bir xanımın özünü hər cür əziyyətdən qoruya bilməsi üçün hər cəhətdən örtünməsinə diqqət yetirməlidir.

Höccətül-islam vəl-müslimin Abdulla Həsəni, deyib: "Hicab, Quranın göstərişidir. Bizim insanlardan intizarımız odur ki, bu böyük ilahi göstərişi yaysınlar. Əgər biz İmam Zamanın (ə) əsgəri kimi o İmama xidmət etmək istəyiriksə, bu mühüm məsələni əsas məsələ kimi gündəmə gətirməliyik."

4010994

captcha