IQNA

Təfsir və müfəssirlərin tanıtdırılması / 1

Təfsir, gizli mənanı tapmaq üçün sözləri əritməkdir

15:21 - August 25, 2022
Xəbər sayı: 3492797
“Təfsir” İslam elmlərində Qurani-Kərimin ayələrinin mənalarını izah etməyə və ondan maarifi əldə etməyə həsr olunmuş bir termindir. Bu söz “təfsir elmi” birləşməsində İslam elmlərinin ən geniş sahələrindən birinə aiddir ki, onun mövzusu Qurani-Kərimdir.

Təfsir kəlməsinin kökü "Fəssərə"dir ki, ən qədimdən əritmək mənasında işlənilib, sonrakı zamanlarda isə yuxu yozmaq üçün istifadə edilmişdir. “Əritmə” mənasından “təfsir”ə keçid prosesində məcaz yaranmışdır. Onun əsası filizin əriməsi ilə təmiz metal əldə etməkdir. Burada da kəlmənin gizli mənasını əldə etmək üçün onun əriməsi eyniləşdirilmişdir.

Əslində, təfsir mətnə ​​münasibətdə məna yaradılmasıdır ki, bu zaman təfsir olunan məna ilə mətn arasında bir növ bağlılıq var. Müqəttəə hərfləri kimi nadir hallar istisna olmaqla, ümumi ayələrin zahirindən bir məna zehnə gəlir. İlkin məna və ya zehnə gələn məna dil elmi və ürf əsasında yaradılmışdır və heç bir xüsusi fəaliyyət tələb etmir. Təfsir deyilən şey, normal dil biliklərindən kənar elm və ya bacarıqların nəticəsi olan ikinci dərəcəli mənadır.

Müxtəlif mənbələrin toplusu və səhabələrin (Peyğəmbərin (s) səhabələri) və tabeinin (Peyğəmbərin səhabələrindən sonrakı nəsil) təfsir baxışlarının sintezindən ibarət olan “Təfsirül-Quran” adlı əsərin ilk nümunələri, qəməri təqvimi ilə 230-250-ci illərə (miladi 750-770-ci illəri arasına) aiddir. Bu tip əsərlərin başqa bir xüsusiyyəti də müəllifin təfsir fikirlərinin səhabə və tabeindən iqtibaslar gətirməklə qeyd olunmasıdır. Belə əsərlərə İraq, Məkkə və Xorasanda rast gəlmək olar. Bu üç diyar yeniliyin kök saldığı ərazilərdir. Lakin Mədinə və Şam kimi ənənəvi bölgələrdə belə bir hərəkat görülməmiş və onların təfsirçiləri sonradan təfsir yazıları axınına qoşulmuşlar.

Qəməri təqvimi ilə 4-cü əsrin sonu və 5-ci əsrdə (miladi 10-11-ci əsrlər) İslam dünyasında Əl-Əzhər universiteti, Nizamiyə məktəbləri və onlarla başqa məktəblərin yaranmasından sonra İslam dünyasında mühüm dəyişikliklər baş verdi. Müxtəlif elmlərin təhsilini bir-biri ilə birlikdə və müxtəlif nisbətlərdə müxtəlif ixtisaslara çatmaq üçün izləyən bu sahələr İslam elmləri təhsilini ənənəvi şəkilini dəyişdirdi. Ənənəvi məktəblərin yaranması ilə isə hər bir elmin mövqeyinin və funksiyasının yenidən müəyyənləşdirilməsi üçün zəmin yarandı.

5-ci qəməri əsrində (miladi 11-ci il) mütəkəllimlərdən, fəqihlərdən, mühəddislərdən və ədiblərdən ibarət müxtəlif qrup alimlər təfsir bir həqiqəti etiraf etmişlər ki, Quranı anlamaq üçün tək yönlü baxışı kənara qoymaq lazımdır. Quranı anlamaqda müxtəlif elmlərin nailiyyətlərindən bəhrələnmək lazımdır. Təfsir aləminin daxilində və xaricində olan bu mühüm cərəyanların məcmusu təfsir ilə kəlam və fiqh və bu kimi elmi cərəyanlar arasındakı əlaqənin 6-cı qəməri əsrindən (miladi 12) vasitəçi əlaqəsinə çevrilməsinə səbəb oldu. Həmçinin təfsir müxtəlif elmlərin nailiyyətlərindən istifadə edən müstəqil bir cərəyan kimi tanınmışdır.

Qəməri təqvimi ilə ilk əsrlərdən 6-cı əsrə qədər təfsirlər təbii olaraq mənbələrdən qaynaqlansa da, təfsir mənbələri kimi müstəqil mövzu yox idi. Lakin hicri 6-cı əsr təfsir elminin müstəqilliyi əsridir və bu müstəqillik həm də təfsir üçün yeni ehtiyaclar doğurmuşdur.

Təfsirçilər təfsirdə öz prinsip və əsaslarını təşkil etməyə, ötən əsrlərin çoxşaxəli nailiyyətlərini özünəməxsus şəkildə mənimsəməyə və onları vahid və ahəngdar bir strukturda təşkil etməyə ciddi ehtiyac duyurdular. Bu təşkilat istiqamətində ilk addımlar bəzi təfsirçilərin öz təfsirlərinə yazdıqları qısa və uzun müqəddimələr oldu. Onlar bu kitablarda sonradan bəzi mətləbləri bəyan etdilər ki, “Quran elmləri” adlandırıldı.

4070025

captcha