IQNA

"İnsan" adlı möcüzə

15:54 - August 26, 2022
Xəbər sayı: 3492799
Allaha və peyğəmbərlərinə iman məsələsi gündəmə gələndə bəzi insanlar bu inanca çatmaq üçün möcüzə axtarırlar. Yəni, Allahın qüdrətini dərk etmək üçün qeyri-təbii və ya heyrətamiz bir məsələni öz gözləri ilə görmək istəyirlər. Bir halda ki, insanların ətrafında görülməli olan bir çox möcüzələr var.

Peyğəmbərlər Allah tərəfindən insanları hidayət emək üçün onların arasına getdikdə, insanların Allahın elçilərindən ilk istəyi möcüzə yaratmaq olub. Onlar əvvəlcə Allahın qüdrətini dərk edib onun peyğəmbərlik iddiasına inanmaq istəyirlər.

İlahi peyğəmbərlərin çoxlu möcüzələri qeydə alınmışdır ki, onların hər biri öz xüsusiyyətlərinə malikdir. Allah tərəfindən peyğəmbər göndərilməsinin sona çatması ilə peyğəmbərlik möcüzələri də sona çatdı. Halbuki insanın ətrafında çoxlu möcüzələr vardır ki, onlara diqqət yetirsə, hər birinin çoxlu qəribəlikləri var. Bu möcüzələrdən biri də “insan”dır.

Bəs niyə insanı möcüzə saymalıyıq? İnsanın formalaşması üçün əsas material bir növ iyli gildir. Bu məsələ Qurani-Kərimdə qeyd edilir və buyurulur: “Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!” (Hicr, 26).

İlkin materialı qara və qoxumuş palçıq olan belə bir şey nütfəyə, dölə, daha sonra isə bir çox imkanlara malik tam bir varlığa çevrilir.

Qurani-Kərim insana onun yaradılış növü haqqında düşünməyi vurğulayır. Belə nəzərə gəlir ki, o, Allahın qüdrətini sübut etmək üçün möcüzə axtarırsa, bu kifayətdir, əgər düşünsə: "Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün ən rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər" (Həcc, 5).

İmam Əli (ə) qısa bir kəlamında insanın möcüzə olduğunu belə vəsf etmişdir: “Piylə görən, ətlə danışan, sümüklə eşidən və dəlikdən nəfəs alan bu adama heyran olun” (Nəhcül-bəlağə, hikmət 8).

captcha