IQNA

Məscidül-Həramın keçmiş imamı 10 illik həbs edildi

20:16 - August 26, 2022
Xəbər sayı: 3492801
Səudiyyə Ərəbistanında məhkəmə Məscidül-Həramın keçmiş imamını 10 il müddətinə azadlıqdan məhrum edib.

Məscidül-Həramın keçmiş imamı 10 illik həbs edildiİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, ər-Riyadın apellyasiya məhkəməsi şeyx Saleh ət-Talibin işi üzrə qərar verib və onun bəraət qazanmasına dair əvvəlki qərarı ləğv edib.

Onun barəsində 10 illik həbs qərarı qəbul edilib.

Xatırladaq ki, şeyx Saleh əl-Talib ilk dəfə 2018-ci ildə tutulmuşdu. Üstəlik, hakimiyyət onun həbsinin səbəblərini açıqlamamışdı.

Hüquq-müdafiəçiləri hesab edirlər ki, həbsə səbəb şeyxin danışıqları olub. O, öz çıxışında əyləncələr üzrə baş idarəni tənqid etmişdi.

Qeyd edək ki, son illər ərzində krallıqda əyləncə sahəsindəki idarəetmə siyasəti Qərb mədəniyyəti istiqamətində çox yumşaldılıb və bu, ölkədə sakit narazılığa səbəb olub.

Şeyx Saleh ət-Talib isə açıq şəkildə tənqid edən ilk şəxslərdən biri olub.

captcha