IQNA

Malayziya Quran yarışmasının üçüncü gecəsi keçirilib

9:35 - October 22, 2022
Xəbər sayı: 3493122
Malayziyanın Beynəlxalq Quran Yarışmasının üçüncü gecəsi bu ölkənin paytaxtı Kuala Lumpurun konqres mərkəzində keçirilib.

"İQNA"-nın Kuala-Lumpura göndərdiyi müxbirinin verdiyi məlumata görə, Malayziyanın Beynəlxalq Quran Yarışmasının üçüncü gecəsi 29 oktyabr cümə günü axşam yerli vaxtla saat 20:30-da 8 qarinin qiraəti ilə davam edib.

Müsabiqənin təşkilat komitəsinin elanına əsasən, səkkiz qari aşağıdakı ardıcıllıqla oxuyub:

1_ Əlcəzairdən Əbdul-Əziz Səhim, Maidə surəsi

2_ Şri-Lankadan olan Məhəmməd Rəşad, Ali-İmran surəsinin 14-cü ayəsi

3_ Taylandlı xanım Po An Dar Mutasia, Hud surəsinin 61-ci ayəsi

4_ Misirdən Məhəmməd, Ələddin Ənam surəsi 121 ayəsi

5_ Hollandiyadan olan Əxtər Nurani, Yunis surəsinin 5-ci ayəsi

6_ İraqdan Rim Əl-Sədi, Ənam surəsinin 151-ci ayəsi

7_ Bruneyli Məhəmməd ibn Əli, Ali-İmran surəsinin 64-cü ayəsi

8_ Kanadadan Mohəm Muzzəmmil Hüseyn, Əraf surəsinin 54-cü ayəsi

Həmçinin Quran yarışmasının üçüncü gecəsində İranın Malayziyadakı mədəniyyət müşaviri Məhəmməd Rza Oreyi Kərimi yarış zalında iştirak edir. Əlirza Muafın başçılıq etdiyi Mədəniyyət və İslami İrşad Nazirliyinin müavinliyinin nümayəndə heyətinin bu gecə Kuala Lumpurdakı KLCC Konqres Mərkəzinin Plenar Zalında iştirakı planlaşdırılır.

4093368

captcha