IQNA

Malayziyada beynəlxalq Quran yarışlarının dördüncü gecəsi keçirilib

11:23 - October 23, 2022
Xəbər sayı: 3493131
Malayziyada keçirilən 62-ci Beynəlxalq Quran Yarışmasının dördüncü gecəsi Kuala Lumpur Konqres Mərkəzində 27 ölkədən təmsilçilərin iştirakı ilə keçirilib.

"İQNA"-nın Kuala-Lumpura ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Bu beynəlxalq tədbirin dördüncü gecəsində dörd nəfərdən ibarət iki qrup iki hissədə, yəni səkkiz nümayəndə sıra ilə qiraət ediblər.

Banqladeşdən Fatimə Cənnətul-Büşra, Bəhreyndən Məhəmməd Samir Məhəmməd, Əfqanıstandan Məryəm Haşimi və Sinqapurdan Məhəmməd Sədid o axşamkı yarışmanın birinci hissəsinin dörd qiraət edəni olub.

Müsabiqənin ikinci hissəsində İraqdan Sabah Xələf, Malayziyadan Sufiza Bint Musin, Mavritaniyalı Ömər Seyyid Əhməd və Pakistandan Seyyid Səccad Hüseyn də bu yarışmanın dördüncü gecəsinin ikinci hissəsində iştirak edən digər dörd təmsilci olub.

Malayziyada oktyabrın 19-u çərşənbə gecəsi başlayan 62-ci Beynəlxalq Quran müsabiqəsi oktyabrın 25-də bağlanış mərasimi və qaliblərin mükafatlandırılması ilə başa çatacaq.

Yalnız qiraət sahəsində keçirilən bu müsabiqədə iştirak edən qiraətçilər İraq, Misir, Livan, Əlcəzair, İordaniya, İngiltərə, Kanada, Əfqanıstan, Belçika kimi müxtəlif ölkələrdəndir.

Məsud Nuri İranın bu yarışmada təmsilçisi olaraq açılış mərasimindən sonra ilk gecə “Ali-İmran” surəsinin 156-164-cü ayələrini oxuyaraq dünyanın ən qədim Quran yarışmasının 62-ci dövrəsinə start verən ilk iştirakçı olub.

4093654

captcha