IQNA

BMT-nin Şahçırağ (ə) ziyarətgahında baş verən terror aktına reaksiyası

13:53 - October 27, 2022
Xəbər sayı: 3493152
BMT-nin sözçüsü Şirazdakı müqəddəs Şahçerağ (ə) ziyarətgahında törədilən terror aktını pisləyib.

"İQNA", "Əl-Aləm"-ə istinadən xəbər verir ki, BMT-nin sözçüsü Stiven Düjarrik Şirazdakı müqəddəs Şahçırağ (ə) ziyarətgahında törədilən terror aktını pisləyib.

BMT sözçüsü deyib: "İranda dini bir yerə hücum qınanmağa layiqdir və biz bütün terror aktlarını pisləyirik".

Oktyabrın 26-da axşam saatlarında bəzi silahlı terrorçular Həzrət Şahçırağ (ə) hərəminə daxil olaraq bir neçə nəfəri şəhid edib və yaralayıblar.

Fars valiliyinin ictimaiyyətlə əlaqələr elanına əsasən, bu ana qədər Şahçırağ ziyarətgahında (Ə) terror hadisəsində şəhid olanların sayı 15 nəfərə, yaralıların sayı isə 19 nəfərə çatıb. Bunlardan 4 uşaq yaralanıb, 2 uşaq isə şəhid olub.

Həmçinin Reuters xəbər yayıb ki, İŞİD terror qruplaşması Şirazdakı Şahçırağ ziyarətgahına hücumun məsuliyyətini öz üzərinə götürüb.

4094779

captcha