IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 9

Ədalətli rəhbərlərin xüsusiyyətləri

23:34 - December 12, 2022
Xəbər sayı: 3493408
Sosioloq və din sahəsində tədqiqatçı “Nəhcül-bəlağə”nin 126-cı xütbəsindən hissələrə istinad edərək, ədalətli rəhbərlərin xüsusiyyətləri və müxtəlif ictimai arenalarda şəxsiyyətlərin iştirakının vacibliyi məsələsinə toxunub.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. Onun “Beytül-Mala qarşı həssaslıq” başlıqlı sözləri ədalətli rəhbərlərin xüsusiyyətləri və müxtəlif sosial sahələrdə şəxsiyyətlərin olmasının vacibliyi ilə bağlıdır. Onun mətnini aşağıda oxuya bilərsiniz:

İctimai ədalətə diqqət, təbəqə boşluqlarının doldurulması, Beytul-mala qarşı həssaslıq və ədalətə diqqət məsələsinin davamında bu gün seçdiyim başqa bir xütbə də Nəhcül-bəlağənin 126-cı xütbəsidir.

İmam Əli (ə) bu xütbədə buyurur: “Rəhbəri olduğum kimsəyə zülm, sitəm edilməsində yardımçı olmağımı əmr edirsiniz?... Beytülmal mənim şəxsi malım olsaydı da onu müsəlmanlar arasında bərabər bölərdim. O, Allahın malı olduğu (əlimin altında olanlar və möhtaclar ondan bölgü ilə pay yedikləri) halda bunu necə etməyə bilərəm? (Birini başqasından necə üstün tuta bilərəm?)".

Bu xüsusda “Nəhcül-bəlağə”nin 53-cü məktubunda (bu, Malik Əştərin məktubu kimi tanınır) Həzrət Əmirin (ə) cəmiyyətin aşağı təbəqəsinə diqqətini göstərən diqqətçəkən bir məqam və bir cümlə vardır. Həzrət Əli (ə) bu məktubda buyurur: "Cəmiyyətin zəif və aşağı təbəqəsi ilə münasibətdə Allahı nəzərə alın". Qeyd edək ki, cəmiyyətin aşağı təbəqəsinə çatmaqdan məqsəd onlara sədəqə vermək deyil. Bu məsələ əta etməkdən fərqlidir. İmam Əlinin (ə) işarə etdiyi mövzu bu təbəqələrin “haqqı” mövzusudur. İmamın (ə) kəlamlarından belə nəticə çıxarmaq olar ki, məzlumun və məhrum təbəqənin haqqı Allahın haqqıdır və onların haqqını vermək hökmdarların vəzifəsidir.

Bu məsələ İmam Əlinin (ə) sosial ədalət haqqındakı nəzərinə qayıdır; Çünki o həzrət cəmiyyəti insanların ümumi cəmindən kənar bir şey hesab edirlər. Həzrət Əmir (ə) “Nəhcül-bəlağə”nin 164-cü xütbəsində də ədalətli rəhbərin əhəmiyyətindən bəhs edərək buyurur: "Allah yanında bəndələrin ən üstünü (haqq yola) hidayət olunmuş və (başqalarını) hidayət edən, məlum sünnə (qayda) və yolu (Həzrət Peyğəmbərin sünnəsini) bərqərar edən (onun əsasında davranan) və batil və səhv bid’əti öldürən (aradan qaldıraraq xalqı onun səhvliyindən xəbərdar edən) ədalətli və düz başçıdır. Həqiqətən sünnələr aydın və aşkardır və onların öz nişanələri var. Həmçinin bid’ətlər aşkardırlar və onların (da) öz nişanələri vardır. Allah yanında bəndələrin ən pisi isə özü azğın olan və başqaları onun vasitəsi ilə azğınlığa düşən, (Allahın Peyğəmbərindən) götürülmüş sünnəni öldürən və məhv olmuş bid’əti dirildən (haqdan əl götürüb batili yaymaq istiqamətində çalışan) zalım başçıdır".

 “Camaat hökmdarlarının dinindədir” və ya “şah dəyişsə, zaman dəyişir” cümlələrinin mənası budur ki, xalq öz hökmdarlarının dininə tabe olurlar. Əgər hökmdarlar hidayət tapsalar və ədalətli olsalar, xalq da hidayət tapıb və ədalətli olar, rəhbərlər zalım olsalar, xalq da zülmə uyğunlaşar.

Əlbəttə ki, bu məsələ heç vaxt tövsiyə edilmir; Daha doğrusu, İmam (ə) xalq hökmdarlarının dinindədirlər deyəndə, bu məsələnin doğru olduğunu cəmiyyətə tövsiyə etmək niyyətində deyil. Yox! Bu heç də doğru deyil. İnsanlar hökmdarların dininə tabe olmamalıdırlar. Əlbəttə ki, əgər hökmdarlar salehdirlərsə, xalq onlara tabe ola bilər. Lakin cəmiyyətin əmirləri (hakimləri) haqsızdırlarsa, onların xarakterinə və üsullarına heç bir şəkildə əməl edilməməlidir. Daha doğrusu, cəmiyyətin bu məsələni tanıyan şəxsiyyətləri və alimləri onlara qarşı ayağa qalxmalı və cəmiyyəti zülmə qarşı qalxmağa təşviq etməlidir.

İctimai ədalət və zalım hökmdarların xalq üzərində hökmranlığı məsələsini məsumlar, o cümlədən İmam Əli (ə) və İmam Hüseyn (ə) dəfələrlə qeyd etmişlər. İmam Hüseyn (ə) cəmiyyətin bir çox şəxsiyyətlərinin də olduğu Mina səhrasında çıxış etdi ki, onun mənası belədir: "Zalım hökmdarlar müsəlman cəmiyyətində hökmranlıq edərlərsə, bu, şəxsiyyətlərin susqunluğundandır. Əgər rəhbər cəmiyyət səviyyəsində zülm edib ədalət dairəsini tərk edə bilirsə, bu, cəmiyyətin şəxsiyyətlərinin susqunluğundandır".

3966237

captcha