IQNA

Marneulidə Hz. İmam Hüseyn (ə) məscidində “Məbəs” mərasimi keçirilib

18:36 - February 19, 2023
Xəbər sayı: 3493721
Hz. İmam Əli (ə) və Hz. İmam Hüseyn (ə) məscidlərinin təşkilatçılığı ilə, Marneuli şəhərində Həzrəti Məhəmmədin (s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibətilə mərasim keçirilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “Az.shafaqna.com”-a istinadla xəbər verir ki, mərasim Kərbəlayi Fuad İsayevin Qurani-Kərimi tilavət etməsi ilə başlayıb və ardından çıxış edən ilahiyyatçı Kamran Məmmədov iştirakçıları “Məbəs” bayramı və “Merac” qəndili münasibəti ilə təbrik edib. Rühani Türkiyə və Suriyada zəlzələ Qurbanlarına Allah rəhmət diləyib və İslam Peyğəmbərinin (s) insani keyfiyyətlərindən, həyat tərzindən, gətirdiyi kamil dinin insanlığa verdiyi örnəklərdən danışıb.

Daha sonra mərasimin baş tutduğu məscidin baş axundu Hacı Əziz Nəbiyev “Məbəs” bayramı haqqında danışıb və bayram günü münasibətilə ölkə və dünya müsəlmanlarını təbrik edib.

Mərasimdə çıxış edın Marneuli İmam Əli məscidinin axundu Hacı Hacıyev təbriklərini çatdıraraq dua edib.

Sonda mərasim iştirakçıları üçün ehsan süfrəsi açılıb.

captcha