İQNA agentliyinin Qumdan verdiyi məlumata görə, Ali Məqamlı Rəhbərin Qumdakı dəftərxanası fitrə zəkatının və mübarək Ramazan ayı kəffarəsinin miqdarı barədə məlumat verib: "Möminlər yaşadıqları yerdən üç kilo buğda və ya düyü və bu kimi şeylərin qiymətini soruşub şəriət miqdarına uyğun olaraq fitrə zəkatı verə bilərlər".
Bu dəftərxana həmçinin Ramazan ayının orucunun kəffarəsinin miqdarını elan edib. Kəffarə yemək şəklində verilməlidir. Ayətullah Xameneinin rəyinə görə kəffarə bu il gündə 12 min tüməndir.