"İQNA", "Qahirə 24"-ə istinadən xəbər verir ki, Əl-Əzhər təşkilatının nümayəndəsi kimi Misirdə keçirilən araşdırma müsabiqəsinə qatılan və birinci yeri qazanan misirli yeniyetmə qız Fatimə Əl-Bəndari televiziyaya müsahibəsində bildirib: "Mən 3 yaşında Quranı əzbərləməyə başladım. 4 yaşında tam əzbərləməyə nail oldum. 13 yaşımda isə Qurani-Kərimi on rəvayətlə əzbərləməyi bitirdim".
Hazırda Əl-Əzhərə bağlı orta məktəblərdə təhsil alan bu gənc misirli qız əlavə edib: "Mən əyalət səviyyəsində keçirilən İslami mətnlərin oxunması və əzbərlənməsi üzrə milli müsabiqədə birinci yeri qazandım və indiyədək daha çox əzbərləməyə nail olmuşam. 6000-dən çox peyğəmbər (s) hədisi və 1000-dən çox beyt Ərəb şeiri əzbərləmişəm. Bu uğuru əldə etməyin sirrini gündəlik vaxtını tənzim etməkdə olduğunu bildirib".
Fatimə Əl-Bəndari "Farisul-Mutun (Mətnlərin Cəngavəri)" müsabiqəsində də birinci yeri qazanmışdı. Bu müsabiqə yeni nəsli mətnlər şəklində İslam irsini qorumağa təşviq etmək məqsədi ilə Əl-Əzhər tərəfindən təşkil edilir.
O, əvvəllər Dubayda keçirilən ərəb dünyası kitab oxuma müsabiqəsində birinci yeri qazanmışdı və o zaman Əl-Əzhər təmsilçisi tərəfindən hörmət və rəğbətlə qarşılanmışdı.
4142573