IQNA

Namazı bərpa etmək yaxşı insanların xüsusiyyətlərindəndir

19:15 - July 22, 2023
Xəbər sayı: 3494498
TEHRAN (IQNA) - Özünü və digər insanları namaz qılan etməklə, yəni Allahı daim yad edən bir toplum tərbiyə etməklə yaxşı insan olmaq olar.

Bildiyimiz kimi hər bir insan özünü yaxşı insan bilir və ya yaxşı kimi göstərməyə çalışır.

Amma ən önəmlisi insanın həqiqətdə yaxşı insan olub-olmamsıdır. Yoxsa yalandan insanın özünün yaxşı olduğunu və ya yaxşı göstərdiyinin bir faydası yoxdur. Əsas odur ki, insan həqiqətən yaxşı olsun. Çünki insanın dünya və axirət sadətinin sirri yaxşı olmaqdan keçir. Bunu da bizə varlığı yoxdan var edən Mütəal Allah dəqiqliyi ilə və kamil şəkildə deyə bilər.

Allah "Bəqərə" surəsinin 177-ci ayəsində "Əbrar"ın xüsusiyyətlərini bəyan edir.

«لَیْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَکُمْ قِبَلَ الْمَشْرِقِ وَ الْمَغْرِبِ وَ لکِنَّ الْبِرَّ مَنْ  آمَنَ بِاللّهِ وَ الْیَوْمِ الْآْخِرِ وَ الْمَلائِکَةِ وَ الْکِتابِ وَ النَّبِیِّینَ وَ آتَى الْمالَ عَلى حُبِّهِ ذَوِی الْقُرْبى وَ الْیَتامى وَ الْمَساکینَ وَ ابْنَ السَّبیلِ وَ السّائِلینَ وَ فِی الرِّقابِ وَ أَقامَ الصَّلاةَ...»

"Yaxşı əməl heç də (namaz vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (səfər əsnasında pulu qurtarıb yolda qalan yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namazı bərpa edən kimsələr...".

“Əbrar” həm namaz əhlidir, həm də onu bərpa edirlər. Yəni təkcə özləri namaz qılmaqla kifayətlənmir, həqiqətdə digər insanları və yaşadığı mühitdəki insanları da namaza dəvət edir və onları namaz əhli edirlər. Həqiqi namaz qılmaq, Quranın namaz üçün sadaladığı işlərə və nemətlərə nail olmaqda uğur qazanmaq deməkdir; Namaz qılmağın faydaları bunlardır: Allahı zikr etmək (Taha, 14),  fərd və cəmiyyəti əxlaqsızlıqdan və pislikdən çəkindirmək (Ənkəbut, 45), insanları sıxıntı və yoxsulluq zamanı narahatçılıqdan, var-dövlət zamanı isə inhisareçılıq və xəsislikdən xilas etmək kimi (Məaric, 19-22).

Namaz şəraiti və qaydası ilə, ixlas və təvazökarlıqla qılınsa, insanı hər bir günahdan çəkindirər, hər bir xeyir və səadətə təşviq edər.

Namaz qılmaq sonsuz qüdrət sahibi olan Uca Allahla əlaqə deməkdir. Yəni namaz qılan şəxs sonsuz qüdrət sahibi olan Allahla əlaqə yaradır və Ona sığınır. Bu da onu bütün digər güclər qaşısında qüdrətli və ehtiyacsız edir.

Diqqət edəcəyimiz digər məsələ budur ki, bizdən namaz qılmaq deyil, namazı bərpa etmək istənilir. Yalnız onu qılan deyil, bərpa edən şəxs Allah yanında yaxşı insanlardan sayılır. Bu da topluma diqqəti göstərir. Birlikdə yaşadığımız toplumun qarşısında məsuliyyətli olmağımızı bizdən tələb edir. Çünki bir gəmidə olan şəxslər kimi bir ailədə, toplumda və dünyada yaşadığımız vurğulanır.

Gəmidəkilərin hər biri o gəini qorumaqda və ona xələl gəlməməsi üçün səy göstərməkdə məsuliyyət daşıyır. Buna əsasən, bir toplumda və dünyada yaşayan insanların da bir-birlərini haqqa, varlığın sahibi olan Allahla əlaqə qurmağa dəvət etmək kimi vəzifələri vardır. Bu vəzifəni yerinə yetirdikləri zaman Qurana əsasən, yaxşı insan olaraq tanınırlar.

Həzrət Sadiq (ə) buyurur: امتّحنوا شیعتنا عندمواقیت الصّلوة کیف محافظتهم علیها

"Yəni, görün ki, şiələrimiz namaz vaxtları ilə bağlı necə davranırlar".

Şəhid Mürtəza Mütəhhəri bu barədə deyir: "Namazı bərpa etmək haqqının yerinə yetməsi deməkdir; Bu o deməkdir ki, namaz ruhsuz bədən şəklində qılınmamalıdır. Həqiqətən də bəndənin öz yaradanından xəbərdar olmasına səbəb olan bir namaz olmalıdır.

Taha surəsinin 14-cü ayəsində qeyd olunan Allahı zikr etməyin mənası da budur: «اقم ‏الصلوة لذكری» "Namazı Məni yad etmək üçün bərpa edin". Allahı zikr etmək, Allahdan qeyrisini unutmağa bərabərdir".

Beləliklə, özünü və digər insanları namaz qılan etməklə, yəni Allahı daim yad edən bir toplum tərbiyə etməklə yaxşı insan olmaq olar.

captcha