IQNA

Ərbəin zəvvarlarının sayı açıqlandı

23:19 - September 07, 2023
Xəbər sayı: 3494711
KƏRBƏLA (IQNA) - 2023-cü ildəki Ərbəin yürüşündə iştirak edən zəvvarların sayı açıqlanıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) şəfəqna-ya istinadən xəbər verir ki, müfaviq statistik məlumat Həzrət Abbas (ə) Hərəminin mətbuat xidməti tərəfindən dərc edilib.

Bildirilib ki, bu il Ərbəin zamanı Kərbəla şəhəri 22 milyondan çox zəvvar ziyarət edib.

“Kərbəlada İmam Hüseyn (ə) Ərbəinin zəvvarlarının ümumi sayı 22 milyon 12 min 146 nəfər zəvvara çatdı“, – deyə qeyd edilib.

Xatırladaq ki, İraq Baş naziri Məhəmməd Şiya əl-Sudani Kərbəla vilayətinin qubernatoru və təhlükəsizlik xidməti komandanları ilə etdiyi birgə bəyanatında Ərbəin mərasiminin uğurla həyata keçirildiyini deyib.

İraq Daxili İşlər Nazirliyi bəyan edib ki, Ərbəinin təhlükəsizliyinin təminatı üzrə xüsusi plan son zəvvarlar öz vətənlərinə və şəhərlərinə geri dönənədək qüvvədə olacaq.

“Ərbəinin təhlükəsizliyinin təminatı üzrə xüsusi plan insanların böyük məmnuniyyəti ilə müşayiət edilib və bu planın uğurluluğunun səbəblərindən biri genişmiqyaslı hazırlıq və infrastrukturunun yaxşı şəkildə təmin edilməsi və yeni yolların açılması, həmçinin baş verənlərə müşahidə kameraları vasitəsilə nəzarətin edilməsidir“, – deyə nazirliyin rəsmisi Xalid əl-Məhna.

captcha