IQNA

Namaz haqqında maraqlı məqamlar / 23

Qəlbin paklığı və sağlamlığı

9:24 - November 27, 2023
Xəbər sayı: 3495045
TEHRAN (İQNA) - Dəstəmaz, qüsl və təyəmmüm şəklində zahiri paklıq namazın şərti olduğu kimi, namazın qəbul olması da batini təmizliyi tələb edir.

Quranda qəlbin paklığından dəfələrlə bəhs edilmişdir və sağlam olan bir qəlb Allahın dərgahına yüksələ bilər. O, şübhə və şirk olmayan bir qəlbdir.

Namazın da Qurani-Kərim kimi zahiri və batini cəhətləri var. Əgər zahirdə etdiklərimiz doğrudursa, bu bizim daxilə doğru uçmağımıza səbəb olar.

Namaz mərifət və eşq üzərində qurulur.

Namaz ixlas və sevgidən doğulur.

Namaz xüşu ilə qılınır.

Namaz məğrurluq, özünübəyənmə və riyadan uzaq olmalıdır.

Namaz konstruktiv və tərbiyəedici olmalıdır.

Namazı ürəkdən, narahat olmadan qılmaq lazımdır.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Namaz haqqında yüz on dörd məqam" kitabından götürülmüşdür.
captcha