"İQNA", "Əl-Usbu" saytına istinadən xəbər verir ki, Misir Vəqflər Nazirliyi bu il 31-ci Beynəlxalq Hifz, Qiraət, Təfsir və Tərcümə müsabiqəsinin keçiriləcəyini açıqlayıb.
Nazirlikdən bildirilib ki, müsabiqə Misir Vəqflər Nazirliyinin Quranın xidmətində rolu çərçivəsində keçiriləcək.
Müsabiqə altı kateqoriya üzrə keçiriləcək. Onlar aşağıdakılardan ibarətdir:
1-Həfs və Əsəm rəvayətinə əsasən, Quranın qiraəti və təfsiri. Məscid imamları, müəllimlər və Quran müəllimləri bu kateqoriyada iştirak edə bilməyəcəklər.
2- Ərəb dilini bilməyənlər, 30 yaşdan aşağı olanlar üçün Həfs və Əsəm rəvayətinə əsasən, Quran tilavəti və təfsiri.
3- Gənclər üçün Quranın Həfs və Əsəm və ya Nafii və Vərş rəvayətinə əsasən, əzbərlənməsi 12 yaşdan aşağı olanlar üçündür.
4- Camaat imamları, natiqlər və mühazirəçilər üçün Həfs və Əsəm və ya Nafii və Vərş rəvayətinə əsasən, Quranın əzbərlənməsi təvcid, ləhn və təfsirlə müşayiət olunur. Bu, 35 yaşdan aşağı olanlar üçündür.
5- Əlillər üçün Həfs və Əsəm və ya Nafii və Vərş rəvayətində Quranın əzbərlənməsi.
6- Quran ailələri üçün Həfs və Əsəm və ya Nafii və Vərş rəvayətinə əsasən, Quranın əzbərlənməsi.
7- Fakültə üzvləri və universitet məzunları üçün Quran mənalarının tərcüməsi.
Müsabiqənin mükafat məbləği 10 milyon Misir funtu olacaq.
4190955