“TRT Haber”in məlumatına görə, Fransa İslam Şurasından (CFCM) verilən açıqlamada, dekabrın 13-də səhər namazı zamanı Saint-Marten-des-Şamps şəhərində məscidin yandırılması cəhdi pislənilib.
CFCM məscid icmasına və rəhbərliyinə dəstəyini ifadə etsə də, Fransadakı bütün məscidləri diqqətli olmağa çağırıb.
Daxili İşlər Naziri Gerald Darmanin, X sosial media platformasında verdiyi açıqlamada, hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.