IQNA

Misirdə Quran yarışması iştirakçıları Qəzzaya həmrəylik nümayişi keçiriblər

23:42 - February 04, 2024
Xəbər sayı: 3495415
İQNA – Misirin Port-Səid şəhərində keçirilən beynəlxalq Quran hifzi və sitat müsabiqəsində iştirak edən yarışçılar Qəzza xalqına dəstək nümayişi təşkil ediblər.

"İQNA", "Cairo24" saytına istinadən xəbər verir ki, bu qrup şəhərin Əl-Şati məscidində cümə namazında iştirak edib, daha sonra məsciddən Əl-Şühəda (Şəhidlər) meydanına doğru yürüş edərək Qəzza xalqı ilə həmrəy olduqlarını bəyan ediblər.

Müsabiqənin icraçı direktoru və məsulu Adil Muslihi bildirib ki, yürüşün məqsədi Qəzza zolağında qətliamların və dağıntıların dayandırılması və dünyada sülhün hökm sürməsi mesajını dünyaya çatdırmaqdır.

Cümə günü fevralın 2-də Port Səid Beynəlxalq Quran və surud yarışının açılış mərasimi baş tutub. Mərasim Misirin Baş naziri Mustafa Madbulinin və Port Səid valisi və Ali Təşkilat Komitəsinin dəstəyi ilə təşkil olunub.

4197511

 

captcha