IQNA

İsveçdə hicab taxdığı üçün işdən çıxarılan qadına təzminat ödəniləcək

4:00 - April 13, 2024
Xəbər sayı: 3495780
İQNA - İsveçdə dininə əsasən geyindiyi hicaba görə işlədiyi aviaşirkətdən qovulan qadına "ayrı-seçkiliyə məruz qaldığı" əsası ilə təxminən 14 min dollar (150 min kron) təzminat ödənilməsinə qərar verilib.

İsveçin Ayrı-seçkilik üzrə Ombudsmanı Lars Arrhenius verdiyi yazılı açıqlamada, "Dini simvollara icazə verməyən və vahid geyim siyasətini həyata keçirən bir hava yolu şirkəti, iş müraciətini qəbul etdiyi halda, hicablı qadını işə götürmədən işdən çıxararaq ayrı-seçkiliyə səbəb oldu" qiymətləndirməsini etdi.

Dini simvolları qadağan edən vahid tənzimləmənin xüsusilə hicab və çadra taxan müsəlman qadınlara mənfi təsir etdiyini vurğulayan Arrhenius, "Əmək bazarında bərabərlik və din azadlığı işəgötürənin maraqları ilə ziddiyyət təşkil etməməlidir. Ancaq belə bir vəziyyətdə tarazlıq, din azadlığı üstünlük təşkil etməlidir" dedi.

Qadını məruz qaldığı ayrı-seçkiliyə görə haqlı gördüklərini ifadə edən Arrhenius, gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün hava yolu şirkətinin qadına təxminən 14 min dollar (150 min kron) təzminat ödəməsinə qərar verildiyini söylədi.

Sözügedən qadın 2023-cü ildə ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək Ayrı-seçkilik Ombudsmanına şikayət edib.

AA

captcha