"İQNA", "Əl-Bəvabə"-yə istinadən xəbər verir ki, Misirin Əl-Şərqiyyə əyaləti Quran müəllimləri üçün "Oxu, ucal və oxu" adlı layihənin icrasına başlayıb. Bu, Qurani-Kərim müəllimlərinin qiraət və təcvid qaydalarına yiyələnmə səviyyəsinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilmişdir. Həmçinin şagirdlərin arzu olunan səviyyədə olmasını təmin etmək məqsədilə onların səviyyəsinin yüksəldilməsini hədəfləyir.
Yeni tədris ilinin əvvəlində Misirin digər əyalətlərində də həyata keçiriləcək bu plan, Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin istəyi ilə Əl-Əzhər Universitetinin təhsil sahəsi üçün hazırlanmışdır.
4088340